Əzizənin sənət yolunda ilk dəstəkçisi kimi heç vaxt peşman olmadım. Onun zəhməti, istedadı və sənətə bağlılığı bu gün göstərir ki, verdiyim dəstək doğru bir qərar idi. Mənim üçün onun uğurlarına şahid olmaq böyük qürurdur.
Əzizə Süleymanlı Pərviz qızı
Naxışlarla danışan dünya
Mənim sənət yolum çox erkən yaşda başladı. 8 yaşımda qobelen kurslarına yazıldım, 9 yaşımda isə artıq kiçik ölçülü kilimlər toxuyurdum. İlk qobelen müəllimim İnarə Məmmədova olub. Xalça toxumağı isə 20 yaşımda öyrəndim və o vaxtdan bu qədim sənətin sirlərini kəşf etməyə davam edirəm.
Qobelen və ənənəvi toxuculuqda improvizələr etməyi çox sevirəm. Çünki hər yeni naxış və hər bir iplik özündə başqa bir hekayə daşıyır. Mənim üçün toxuculuq sadəcə sənət deyil, həm də öz duyğularımı ifadə etməyin ən gözəl yoludur. Azərbaycan naxışlarının adlarını və toxunmasını öyrənməsini çox istəyirəm. Ona görə də portativ toxuculuq dəsti hazırlayıb satışa çıxartdım. Bu dəst vasitəsilə hər kəs asanlıqla toxumağı öyrənə bilər. Toxumaq əslində çox əyləncəli və sadədir – həm öyrənmək, həm də yaratmaq insana xüsusi zövq verir.
Məqsədim xalçaçılıq və kilim sənətini qorumaq, onu gələcək nəsillərə ötürmək və bu gözəl ənənəni daha çox insanla paylaşmaqdır.