Jizel Hacızadə

Jizel Hacızadə

Khatai Heritage 

 
Tarix danişan zinət əşyaları 


Mina sənəti — metal və şüşənin harmonik vəhdətidir. Bu qədim texnologiya metal üzərinə xüsusi mineral və şüşə tozlarının yüksək temperaturda — təxminən 800-1000°C dərəcə arasında — əridilib bərkidilməsi yolu ilə həyata keçirilir. Bu prosesi nəticəsində yaranan “isti emal” əsərləri qeyri-adi dərin rəng çalarları və parlaq tekstura ilə seçilir. Əlavə olaraq, zamanla, günəş işığında və ya süni işıq altında belə, rənglər öz ilkin parlaqlığını və doymasını itirmir, əksinə, bu sabitlik onların estetik dəyərini daha da artırır.

Bizim layihədə isti emal texnikası qızıl və digər qiymətli metallarla birləşdirilərək hazırlanır. Əsərlərdə Azərbaycan miniatür sənətindən, milli naxış və motivlərdən ilham alınır. Nəticədə hər bir bəzək əşyası yalnız zinət əşyası deyil, həm də qədim sənət ənənələrinin müasir interpretasiyası və unikal sənət nümunəsi kimi dəyərləndirilir.