Nərmin Musayeva
Mən, Musayeva Nərmin, hal-hazırda Mədəniyyət və İncəsənət Universitetində 4-cü kurs tələbəsiyəm. İxtisasım Təsviri İncəsənət müəllimliyidir. Uşaqlıqdan rəsm çəkərkən hər zaman obrazları fantastik və təsəvvürlərlə zəngin formada işləməyi sevirdim. Zaman keçdikcə bu həvəsim sənətimə, daha sonra isə peşəmə çevrildi. Bu sənət mənə baxmaqla görmək arasındakı incə fərqi dərk etməyi, rənglərin hissini duymağı öyrətdi. Bəzən sadəcə bir rəngin və ya kağız üzərində yaranan hekayənin, yarımçıq qalmış xəyalların gerçəyə çevrilə biləcəyi bir dünya yaratdığını gördüm.
İncəsənət mənim üçün sadəcə bir ixtisas deyil, həm də iç dünyamı ifadə etməyin, duyğularımı rənglərlə danışdırmağın ən gözəl yoludur.